Şəmkirdə evdən iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisənin qətl və intihar olduğu bildirilir.
İlkin məlumata görə, meyitləri tapılan rayon sakini, 1968-ci il təvəllüdlü Rəfi Mustafayevlə onunla birgə yaşayan 1986-cı il təvəllüdlü Yasəmən Süleymanova arasında mübahisə baş verib.
Mübahisə zamanı kişi qadının baş nahiyəsinə küt alətlə zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra Rəfi Mustafayev həmin alətlə özünə xəsarət yetirərək həyatına son qoyub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: apa.аz