Gəncə şəhərinin mərkəzi hissəsində, abidələrin ətrafında və Mir Cəlal Paşayev küçəsində təmizlik işləri həyata keçirilib.
Gencexeber.az-a bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, işlər çərçivəsində ərazilərdəki skamyalar və kiçik ölçülü zibil qabları təzyiqli su vasitəsilə yuyulub, ətraf məişət və digər tullantılardan təmizlənib. Toplanan tullantılar ərazidən daşınaraq aidiyyəti üzrə yönləndirilib.
Bununla yanaşı, yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib və bitkilərin suvarılması təmin edilib.
Qeyd edilib ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən bu cür təmizlik və abadlıq işləri şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq həyata keçirilir.