Samux rayonunda 35 yaşlı kişinin meyiti tapılıb.
Hadisə noyabrın 12-si saat 1 radələrində rayonun Kolayır kəndində baş verib.
Burunqovaq kənd sakini, 1991-ci il təvəllüdlü Famil Oruc oğlu Məmmədovun nəşi Kolayır kəndində evlərdən birində aşkarlanıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: oxu.аz