Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Bu barədə Gencexeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir iki gün ərzində 379 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb. Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 461 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.