2025-ci ildə piylənmə diaqnozu ilk dəfə qoyulan oğlanların 62,8 faizi, qızların isə 53,1 faizi 0-13 yaş aralığında olub.
Gencexeber.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2025-ci ildə 18 yaşadək 1 087 uşaqda ilk dəfə piylənmə aşkarlanıb. Onların 525-i qız, 562-si oğlan olub.
0-13 yaş qrupunda piylənmə aşkarlanan uşaqların 55,9 faizini oğlanlar, 44,1 faizini qızlar təşkil edib.
2025-ci ildə 18 yaşadək uşaqlar arasında hər 100 000 nəfərə 43 yeni hal qeydə alınıb. 2026-cı ilin əvvəlinə olan məlumata görə, bu diaqnozla qeydiyyatda olan uşaqların sayı hər 100 000 nəfərə 56 olub.