Noyabrın 11-də Gəncə şəhərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gencexeber.az-ın məlumatına əsasən, noyabrın 11-də Gəncədə hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı proqnozlaşdırılır.