Gəncədə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə maraqlı aksiya keçirilib.
Gencexeber.az məlumat verir ki, şəhər sakini iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin bayraqlarını özü ilə götürərək Gəncə küçələrini gəzib. O, bu addımı ilə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib.
Bayraqlarla şəhəri dolaşan Gəncə sakini şəhər sakinlərinin marağına səbəb olub, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.