Qazaxıstanda 17 yaşadək (U17) idmançılar arasında sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə Gəncə güləş məktəbinin yetirməsi İbrahim Həsənov yüksək nəticə əldə edib.
Gencexeber.az məlumat verir ki, yarış boyunca əzmkarlıq, yüksək peşəkarlıq və mübarizlik nümayiş etdirən İbrahim Həsənov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Şəxsi məşqçisi Rauf Xəlilovun rəhbərliyi altında çıxış edən İbrahim qızıl medalına layiq görülüb.