Qazax rayonunun Birinci Şıxlı kəndində həmkəndlilər arasında dava düşüb.
Gencexeber.az-ın məlumatına görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq xəsarəti alıb.
Yaralı Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, İsmayıl Əlizadəni həmkəndlisi, 19 yaşlı Fərid Musayev bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F.Musayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.