2025-ci ildə Gəncə şəhərində doğulanların və vəfat edənlərin sayı məlum olub.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il şəhərdə 2164 uşaq dünyaya gəlib. Onlardan 982-si qız, 1182-si oğlan olub.
Hesabat dövründə Gəncədə 2 122 nəfər vəfat edib. Ölənlərin 988-i qadın, 1134-ü kişi olub.
Beləliklə, 2025-ci ildə Gəncədə doğulanların sayı vəfat edənlərin sayını 42 nəfər üstələyib.
Qeyd edək ki, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə ümumilikdə 5104 uşaq doğulub, 3907 nəfər isə vəfat edib.