8 Noyabr – Zəfər Günü münasibətilə Gəncədə konsert proqramı və ağacəkmə aksiyası təşkil olunacaq.
Gencexeber.az məlumat verir ki, 2026-cı il noyabrın 8-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə yerli müğənnilər və mədəniyyət işçiləri tərəfindən bayrama həsr olunmuş musiqi nömrələri təqdim ediləcək. Tədbirdə Azərbaycan Ordusunun Quru Qoşunlarının şəxsi heyətinin, şəhid ailələrinin və müharibə iştirakçılarının iştirakı nəzərdə tutulur.
Bundan əlavə, bayram münasibətilə Gəncə Şəhidlər xiyabanının ziyarət edilməsi və ağacəkmə aksiyasının keçirilməsi də planlaşdırılıb.