top
Üçrəngli bayrağın Natiq ucalığı…
Bu gün, 15:14
- ↺ +

Üçrəngli bayrağın Natiq ucalığı…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan tarixində xüsusi yeri olan Dövlət Bayrağı günündə bayraq uğrunda canlarını fəda edən oğullarımızı, qəhrəmanlarımızı, minlərlə şəhidimizi rəhmətlə anırıq.

Bayrağı yox, canını fəda edənlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdur. Bayrağımızı erməni daşnaqları arasında məğrurcasına daşımağını əks etdirən görüntü ilə tanınıb Natiq Qasımov.

Gencexeber.az Milli Qəhrəmanımızın həyat hekayəsini təqdim edir.

Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyada hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib. Ağdamda "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

1992-ci ildə isə 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir,  "Qarabağ şahinləri" qədim alban kilsəsində məskunlaşırlar. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır, yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Ermənilər onun bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilməyiblər.

Sonda isə düşmən tərəfindən 20 Xocalı əsirinin güllələnməsi ilə təhdid olunan Natiq bayrağımızı bağrına basıb, kilsədən çıxmışdı…

Elə o məşhur foto da həmin an çəkilib. O foto ki, Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf edib.

Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var. Bu il isə Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:01

Gəncədə "Chevrolet" qəfil alışaraq yanıb

Bütün xəbərlər
Bu gün, 13:22

Polis olmaq istəyənlərin nəzərinə: Vilayət Eyvazov Gəncədə sıra baxışı keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə hərbi yürüş keçirilir

Bütün xəbərlər
Bu gün, 10:46

Gəncədə ağacəkmə aksiyaları keçirilib

Bütün xəbərlər
Bu gün, 09:49

Gəncəli güləşçi Olimpiya çempionu oldu

Bütün xəbərlər
Bu gün, 09:10

Azərbaycan və Türkiyə bayraqları ilə Gəncəni dolaşdı…

Bütün xəbərlər
Bu gün, 08:27

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:15

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Dünən, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Dünən, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Dünən, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Dünən, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
07 noyabr 2026, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
07 noyabr 2026, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
07 noyabr 2026, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Oxşar xəbərlər