Gəncə şəhərinin Təbriz küçəsində avtomobil yanıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə "Vüsal" şadlıq sarayının qarşısında yerləşən avtomobil dayanacağında baş verib. 25-BN-257 dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobil qəfil alışıb və nəticədə avtomobil tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafdakı tikililərə və digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.