Tərtərdə həmkəndlisinə "Kalaşnikov"la atəş açan 1990-cı il təvəllüdlü Raufun (ad şərtidir) məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Rauf bu səbəbdən zərərkçəkmişə kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Hadisələrin davamında təqsirləndirilən şəxs zərərçəkmişin "VAZ-21014" markalı avtomobilinə "Kalaşnikov"la atəş açıb.
Hadisədən sonra Rauf polisə təslim olub.
Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş hərbçi olmaqla yanaşı, Vətən Müharibəsində iştirak edib. Rauf döyüşlərdə yaralandığı üçün ehtiyata buraxılıb, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. O, hadisədə istifadə etdiyi avtomatı Ağdərə istiqamətində taparaq özündə saxlayıb.
Mənbə: xitab24.аz