Gəncədə növbəti təmizlik işləri görülüb.
Gencexeber.az-a Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) verilən məlumata görə, qurum tərəfindən şəhərin Fətəli Xan Xoyski, Molla Cəlil, Vaqif və İ.Məmmədov küçələrində təmizlik işləri həyata keçirilib.
MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları və qurumun texnikalarının cəlb olunduğu aksiyada adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, eləcə də toz-torpaqdan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Yığılan tullantılar bir yerə toplanaraq aidiyyəti üzrə daşınması təmin edilib. Sözügedən ərazilərdə mövcud olan zibil qutuları boşaldılıb, ətrafı təmizlənib.
Qeyd edilib ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılan bu kimi genişmiqyaslı təmizlik işləri mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində də davam etdirilir.