Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Yevlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.
Məlumata görə, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-a qədər həyata keçiriləcək.
Yevlax Yaşayış Kompleksi üzrə:
1 otaqlı mənzilin qiyməti 43 225 manat,
3 otaqlı mənzillərin qiyməti 70 490 manatdan başlayır,
4 otaqlı mənzilin qiyməti 103 740 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.