top
Bağça müəllimlərinin sertifikasiyasına başlanılır
Bu gün, 11:36
- ↺ +

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.

Gencexeber.az-a bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizli, pedaqoji etika və əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılmışdır. İştirakçılara qeyd edilən istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək:

"Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və sertifikatlaşdırmadan keçməyən şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir və 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.

Sertifikatlaşdırma prosesinin vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması isə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:22

Parkda dava: attraksion nəzarətçisi bıçaqlandı

Bütün xəbərlər
Bu gün, 10:41

Gəncənin təmizliyi üçün 29 zibil maşını alınır

Bütün xəbərlər
Bu gün, 10:04

Güzəştli mənzil almaq istəyənlər üçün fürsət

Bütün xəbərlər
Bu gün, 09:41

Laçında şəhidlik zirvəsinə ucalan gəncəli qəhrəmanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 17:26

Gəncəli Xalq artistinin nəvəsi ABŞ-də filmdə rol alıb

Bütün xəbərlər
Dünən, 17:00

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
Dünən, 16:39

Şəhid anası 12 ildir mənzillə təmin olunmur? - İDDİA

Bütün xəbərlər
Dünən, 15:07

Vilayət Eyvazov Gəncədə 461 nəfəri SEÇDİ

Bütün xəbərlər
Dünən, 14:20

Gəncənin dörd küçəsi TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 13:39

Gəncədə qurumuş ağac bədbəxt hadisəyə səbəb ola bilər - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:33

Gəncədə avtobus sürücülərinin diqqət çəkən davranışı

Bütün xəbərlər
Dünən, 12:02

Şairə Cığatelin qızı Türkiyə şou-biznesinə dəvət aldı

Bütün xəbərlər
Dünən, 11:05

AQTA sədrinin Gəncədəki vətəndaş qəbulunun vaxtı DƏYİŞDİ

Bütün xəbərlər
Dünən, 10:12

Ölümlə nəticələnən qəzanın səbəbi ALKOQOLLU içki imiş…

Bütün xəbərlər
Dünən, 09:41

Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır

Bütün xəbərlər
Dünən, 09:10

Gəncəli məktəbli Respublika turnirinin qalibi oldu

Bütün xəbərlər
Dünən, 08:20

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:13

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
11 noyabr 2026, 18:00

Gəncədə sənədsiz tikililər sökülüb

Bütün xəbərlər
11 noyabr 2026, 17:37

Sakinlərin narazılığına səbəb olan generator "Setnet"in deyil – AÇIQLAMA

Bütün xəbərlər
11 noyabr 2026, 17:00

Gəncə region birincliyinə ev sahibliyi edəcək

Bütün xəbərlər
11 noyabr 2026, 16:24

Gülüstan qəsəbəsindəki kommunal fəlakətə göz yumulur

Oxşar xəbərlər