Gəncə şəhərində təşkil olunan V Gəncə Kitab Sərgisinin təntənəli açılış mərasimi keçirilib.
Gencexeber.az məlumat verir ki, sərgi bu gün və sabah Gəncə Dövlət Filarmoniyasında saat 10:00-dan 19:00-dək davam edəcək. Sərginin qalan iki günü ərzində ziyarətçilər müxtəlif nəşriyyatların təqdim etdiyi kitablarla tanış ola, zəngin ədəbi mühitə qoşula və oxucular üçün nəzərdə tutulan maraqlı görüşlərdə iştirak edə biləcəklər.
Açılış mərasimi musiqi ifaları ilə də yadda qalıb. Royal Musa və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Azər qızı səhnəyə çıxaraq ifaları ilə tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Təşkilatçılar bütün kitabsevərləri kitabın sehrini birlikdə yaşamaq üçün V Gəncə Kitab Sərgisinə dəvət edirlər.