Gəncənin tanınmış musiqi pedaqoqu, uzun illər skripka müəllimi kimi fəaliyyət göstərmiş Rami Bağırov vəfat edib.
Gencexeber.az-ın məlumata görə, Rami İsaq oğlu Bağırov 1942-ci ildə Gəncədə anadan olub. O, 1965-ci ildən etibarən Qəmbər Hüseynli adına Orta İxtisas Musiqi Məktəbində çalışmağa başlayıb. 40 ildən artıq müddətdə həmin təhsil müəssisəsində skripka müəllimi və şöbə müdiri vəzifələrində çalışıb.
O, uzun illər Gəncə Musiqi Kollecində skripka müəllimi kimi fəaliyyət göstərib. Pedaqoji fəaliyyəti dövründə çoxsaylı gənc musiqiçilərin yetişməsində mühüm rol oynayıb.
Onkoloji xəstəlikdən əziyyət çəkən Rami Bağırov dünən dünyasını dəyişib.
Allah rəhmət eləsin!