Qonşusunu odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Xaliq Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Xaliq Məmmədrzayevin cinayəti sübuta yetirilib və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında Qazax rayonunda baş verib. Xaliq Məmmədrzayev şəxsi münasibətlər zəminində qonşusu Tamerlan Sadıqovu odlu silahla qətlə yetirib, daha sonra meyitini quyuya atıb. Tamerlan Sadıqov beş ay itkin düşmüş şəxs kimi axtarışda olub. Avqust ayında onun meyiti tapılıb.
Mənbə: apa.аz