top
Deputat: Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır
Bu gün, 17:15
- ↺ +

Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir".

Bunu deputat Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
 O bildirib ki, bu proqramda əlillik ləğv edilməzdən öncə cəlbedilmə əksini tapsa, çox faydalı olar:

"Bizə edilən müraciətlərin sırasında əlilliyin ləğvi və məşğulluq məsələləri də olur. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mütəmadi olaraq şifahi və yazılı müraciətlər ünvanlayırıq. Fürsətdən istifadə edib nazir, nazir müavinləri və nazirliyin əməkdaşlarına təşəkkürüm bildirirəm ki, müraciətlərimizin həllinə hər zaman diqqət göstərirlər. Əlilliyi ləğv edilmiş insanlarla görüşlərimiz zamanı bir neçə məqam diqqətimi çəkir:

- Təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini rahat hiss edərlər;

- Xəstəxanada müalicə müddətinin qısa olması səbəbindən təkrar müayinə lazım gəlir: bəzən bir neçə dəfə təkrar müalicə və müayinə tələb olunur, bütün bu proseslərdə tibbi sənədlərin vahid elektron sistemdə toplanması işi asanlaşdıra bilər;

- Əlillik ləğv edildikdən sonra insanlar işə düzəlməkdə çətinlik çəkirlər".
Deputat əlavə edib ki, əlilliyi ləğv edilən vətəndaş bir gün əvvəl dövlətin dəstəyi ilə yaşayırdı, bir gün sonra isə işsiz qala bilər:

"İşəgötürənlər çox vaxt "ixtisasınız uyğun deyil", "sağlamlığınız buna imkan vermir" deyirlər. Bu vəziyyətdə özünüməşğulluq proqramı ən yaxşı çıxış yoludur. Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir. Sadəcə bu proqram çərçivəsində əlilliyin ləğv edilməməsindən öncə cəlbedilmə baş tutsa çox faydalı olar.

Bu proqram insana öz işini qurmaq imkanı verir. O, sağlamlığına və bacarığına uyğun fəaliyyət seçir. Həm özünü təmin edir, həm də cəmiyyətə fayda verir. Dövlət üçün isə bu, uzunmüddətli qənaətdir. Çünki işləyən insan vergi ödəyir, sosial sığorta haqqı verir və özünəinamını qaytarır.

Bu səbəbdən də özünüməşğulluq proqramına ayrılan vəsaitin artırılmasının vacib olduğunu düşünürəm. Büdcədə bu istiqamətdə imkanlar var. DOST Agentliyinin fəaliyyətinə 50 milyon manat, sanatoriya-kurort müalicəsinə 25 milyon manat nəzərdə tutulub. Fondun aparatının saxlanmasına isə 189.66 milyon manat ayrılır. Bu vəsaitlərin səmərəli bölgüsü ilə proqram üçün əlavə mənbə tapmaq mümkündür".

Mənbə: oxu.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:21

Gəncədə sabah havanın günəşli və yağıntısız olacağı gözlənilir

Bütün xəbərlər
Bu gün, 16:52

Hərbçilərin həyat yoldaşlarına 500 manat müavinət verilə bilər

Bütün xəbərlər
Bu gün, 16:18

Gəncənin zülmətə dönən küçələri

Bütün xəbərlər
Bu gün, 15:19

Gələn il minimum gəlir vergisi 5% olacaq

Bütün xəbərlər
Bu gün, 14:46

"Kəpəz"in "Qarabağ"la oyununa 1 günə 8400 bilet satıldı

Bütün xəbərlər
Bu gün, 14:00

Müdafiə Nazirliyi 810 min manatlıq ayaqqabı kremi alır

Bütün xəbərlər
Bu gün, 12:52

SSR-i hələ dağılmamışdı, amma bayrağımız Gəncədə dalğalanırdı

Bütün xəbərlər
Bu gün, 12:20

"Tez-gəl" dükanından araq oğurladı, 15 sutka həbs edildi

Bütün xəbərlər
Bu gün, 11:48

Quş qripinə qarşı monitorinq keçiriləcək

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncədə bu bağçada diş-dişə dəyir

Bütün xəbərlər
Bu gün, 10:16

Evdən kişi və qadının meyiti tapıldı – QORXUNC TƏFƏRRÜATLAR

Bütün xəbərlər
Bu gün, 10:09

Gəncəli idmançı Bakıda keçirilən turnirin qalibi oldu

Bütün xəbərlər
Bu gün, 09:37

Gəncədə binada mənzilləri su basıb

Bütün xəbərlər
Bu gün, 08:27

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:06

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 16:57

Yeni tələb müəllimlərin narazılığına səbəb oldu

Bütün xəbərlər
Dünən, 15:53

Eksternat təhsil üzrə keçiriləcək imtahanlar üçün sənəd qəbuluna başlanılır

Bütün xəbərlər
Dünən, 14:59

Evin həyətini zibilliyə çevirdilər, küçəni bit basdı - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 13:41

Qonşusunu qətlə yetirib meyitini quyuya atan şəxsə 11 il HƏBS

Bütün xəbərlər
Dünən, 12:46

Gəncəli ağır atlet 178 kiloqramı ram edərək BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 12:06

Gəncə musiqi ictimaiyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:52

Gəncədə nənəsinin evindən 100 minlik oğurluq etdi, çöp də qalmadı

Oxşar xəbərlər