Goranboy Olimpiya İdman Kompleksində cüdo üzrə "Qızıl Tatami Kuboku" turniri keçirilib.
Gencexeber.az xəbər verir ki, 200-ə yaxın idmançının iştirak etdiyi yarışda müxtəlif çəki dərəcələri üzrə mübarizə aparılıb.
Turnirdə Gəncə şəhərini təmsil edən Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Sənan Məmmədov (42 kq) və Məmmədəli Bağırov (55 kq) üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.
Goranboy idmançılarından Yusif İsgəndərli (55 kq) ikinci, Əli Məmmədov (73+ kq) isə üçüncü yeri tutub.
Daşkəsəni təmsil edən Mustafa Vahabzadə (27 kq) də yarışda üçüncü yerə sahib olub.
Yarışın sonunda qalib və mükafatçılar medal və diplomlarla təltif olunublar.