top
Kinomuzun Koroğlusunun anım günüdür
Bu gün, 15:52
- ↺ +

Kinomuzun "Koroğlu"sunun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncəli aktyor və rejissor Əfrasiyab Məmmədovun anım günüdür.

Gencexeber.az məlumat verir ki, Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açıb.

O, 1945-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyab Məmmədovun səhnə görünüşünü bəyənib, onu aktyorluq kursuna keçirib. Daha sonra isə Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına aktyorluğa qəbul edib.

Əfrasiyab Məmmədov "Koroğlu" (Rövşən, Koroğlu), "Qızmar günəş altında" (Eldar), "Kişi sözü" (Nəbi), "O olmasın, bu olsun" (Sərvərin dostu), "Sehirli xalat" (Sərdar), "Əmək və qızılgül" (çeçen) və bir çox filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Otello", "Vaqif", "Ailə namusu" kimi tamaşalarda oynayıb. O, həmçinin Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru kimi çalışıb və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Məmmədov kinoda obrazları səsləndirən qismində də çalışıb. O, "Böyük dayaq"da Çoban Kərəmi, "Əmək və qızılgül"də Müsiti, "Əhməd haradadır?"da inşaatçını və digər filmlərdə müxtəlif rolları səsləndirib.

Əfrasiyab Məmmədov 18 noyabr 1990-cı ildə 62 yaşında Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

2011-ci ildə Əfrasiyab Məmmədovun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb. 2013-cü ildə isə aktyorun xatirəsinə "Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov" adlı sənədli film çəkilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:07

Gəncəli xanım "TikTok"dan paltar sifariş etdi, puldan oldu

Bütün xəbərlər
Bu gün, 13:19

İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil

Bütün xəbərlər
Bu gün, 12:18

Yolda sevgilisini yandıran kişi 9 il həbs edildi

Bütün xəbərlər
Bu gün, 11:45

Cüdoçularımız "Qızıl Tatami Kuboku"nda medal qazandılar

Bütün xəbərlər
Bu gün, 10:56

Gəncədə xəstəxanada otaq yoldaşını boğub öldürən HƏBS EDİLMƏDİ

Bütün xəbərlər
Bu gün, 10:32

Tüfeylilərin zibillədikləri küçə TƏMİZLƏNİB

Bütün xəbərlər
Bu gün, 09:30

Gəncədə "Hyundai" zoomağazaya çırpıldı

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə avtobus dayanacağı heyvan tullantıları ilə qonşu olub

Bütün xəbərlər
Dünən, 18:00

Gəncə idmançıları Mingəçevirdə keçirilən turnirdə 6 medal qazandı

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə sabah havanın günəşli və yağıntısız olacağı gözlənilir

Bütün xəbərlər
Dünən, 17:15

Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"

Bütün xəbərlər
Dünən, 16:52

Hərbçilərin həyat yoldaşlarına 500 manat müavinət verilə bilər

Bütün xəbərlər
Dünən, 16:18

Gəncənin zülmətə dönən küçələri

Bütün xəbərlər
Dünən, 15:19

Gələn il minimum gəlir vergisi 5% olacaq

Bütün xəbərlər
Dünən, 14:46

"Kəpəz"in "Qarabağ"la oyununa 1 günə 8400 bilet satıldı

Bütün xəbərlər
Dünən, 14:00

Müdafiə Nazirliyi 810 min manatlıq ayaqqabı kremi alır

Bütün xəbərlər
Dünən, 12:52

SSR-i hələ dağılmamışdı, amma bayrağımız Gəncədə dalğalanırdı

Bütün xəbərlər
Dünən, 12:20

"Tez-gəl" dükanından araq oğurladı, 15 sutka həbs edildi

Bütün xəbərlər
Dünən, 11:48

Quş qripinə qarşı monitorinq keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:17

Gəncədə bu bağçada diş-dişə dəyir

Bütün xəbərlər
Dünən, 10:16

Evdən kişi və qadının meyiti tapıldı – QORXUNC TƏFƏRRÜATLAR

Bütün xəbərlər
Dünən, 10:09

Gəncəli idmançı Bakıda keçirilən turnirin qalibi oldu

Bütün xəbərlər
Dünən, 09:37

Gəncədə binada mənzilləri su basıb

Oxşar xəbərlər