Gəncə Telekom Basketbol İdman Klubunun yetirmələri Hüseyn İsmayılzadə və Ruslan Ələkbərov Azərbaycan milli komandalarının düşərgəsinə dəvət olunublar.
Gencexeber.az bildirir ki, Hüseyn İsmayılzadə U-14, Ruslan Ələkbərov isə U-13 milli komandasının heyətinə cəlb edilib. Hazırda hər iki idmançı Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edir.
Qeyd edək ki, gənc basketbolçular basketbol üzrə əməkdar məşqçi Elçin Süleymanovun yetirmələridir.