Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az məlumat verir ki, Gəncədə sabah havanın dəyişkən buludlu keçəcəyi, gecə və səhər saatlarında qərb bölgələrində yağıntı ehtimalının olduğu proqnozlaşdırılır.
Havanın temperaturu gecə 9–11°, gündüz isə 17–19° dərəcə isti olacaq.
Günəş saat 07:46-da çıxacaq, 17:33-də batacaq.