Gəncəli uşu-sandaçılar Türkiyədə keçirilən beynəlxalq yarışda uğurlu çıxış edərək hamısı medal qazanıblar.
Gencexeber.az məlumat verir ki, Türkiyənin Bolu şəhərində keçirilən IX Açıq Balkan Çempionatı və Avrasiya Kubokunda 21 ölkənin idmançıları mübarizə aparıblar.
Azərbaycan komandası yarışda ümumilikdə 19 medal — 9 qızıl, 9 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutub.
Gəncə şəhərindən yarışda iştirak edən 5 idmançı isə 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edərək yüksək nəticə göstəriblər.
Gəncəli idmançıların nəticələri:
- Turqut Ələkbərov – 21 kq, kiçik yaşlı yeniyetmələr (Light Sanda), II yer;
- Əli Osmanov – 45 kq, gənclər (Sanda), I yer;
- Əli Cabbarlı – 52 kq, gənclər (Sanda), I yer;
- Nihad Kərimov – 60 kq, böyüklər (Sanda), III yer;
- Samir İbrahimi – 90+ kq, veteranlar (Sanda), I yer.
Qeyd edək ki, yarışda Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhər Uşaq-Gənclər və İdman Məktəbinin boks üzrə məşqçi-müəllimi Elvin Quliyev də məşqçi kimi iştirak edib. O, yarışın təşkilatçıları tərəfindən fəxri fərmanla təltif olunub.