Gəncədə qadın üçəm dünyaya gətirib.
Gencexeber.az məlumat verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın Doğum şöbəsinə yerləşdirilib.
Pasiyent üzərində aparılan qeysəriyyə əməliyyatı nəticəsində üçəmlərin doğuşu uğurla həyata keçirilib.
Körpələrin çəkiləri müvafiq olaraq 1,8 kq, 1,7 kq və 1,6 kq, boyları isə 44, 43 və 43 santimetr olub. Onların üçü də oğlandır.
Hazırda ananın və yenidoğulmuşların vəziyyəti kafi qiymətləndirilir. Körpələr həkim-neonatoloqunun nəzarəti altındadır.
Qeyd edək ki, üçəmlər qadının ilk övladlarıdır.