Gəncədə üç yaşayış evi yerli əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Gencexeber.az məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Dəyişikliyə əsasən, Gəncə şəhərində aşağıda qeyd edilən ünvanlarda yerləşən XIX əsrə aid üç yaşayış evi "Memarlıq abidələri" statusu alıb:
– Hacıkənd qəsəbəsi;
– Heydər Əliyev prospekti, 353;
– İsrafil Məmmədov küçəsi, 50.