Gəncənin "Dos-102" yaşayış massivində elektrik enerjisinin verilişində problem yaranıb.
Gencexeber.az-a ünvanlanan şikayətlərdə bildirilir ki, ərazidə elektrik enerjisi dünən gecə saat 23:00-dan sonra kəsilib və bu gün də bərpa olunmayıb.
Vətəndaşlar yaranmış problemlə bağlı aidiyyəti qurumlardan məlumat almağa çalışsalar da, elektrik enerjisinin nə zaman bərpa olunacağı barədə konkret cavab əldə edə bilmədiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, "199" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.
Vətəndaşlar elektrik enerjisinin nə zaman bərpa ediləcəyi ilə bağlı məlumat verilməsini və problemin qısa zamanda aradan qaldırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən "Azərişıq" ASC-yə sorğu ünvanlanıb.