Gəncədə avtobusla minik avtomobili toqquşub.
Gencexeber.az-ın məlumatına görə, hadisə Köhnə Yevlax avtovağzalının yaxınlığında, Dədə Qorqud küçəsi, 179 ünvanında baş verib.
İlkin məlumata görə, "Bakubus"a məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü manevr edərək nəqliyyat vasitəsini öz zolağında hərəkətdə olan "Ford" markalı avtomobilin üzərinə sürüb.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb. Sərnişinlər düşürülərək başqa avtobusla yollarına davam ediblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.