Gəncədə "İmamzadə ziyarətgah" kompleksinin yaxınlığındakı avtobus dayanacağına qədər olan yolun işıqlandırılması ilə bağlı problem cari noyabr ayının sonunadək həllini tapacaq.
Gencexeber.az-a bu barədə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) məlumat verilib.
Bildirilib ki, ərazinin işıqlandırılması "Bakı Abadlıq" xidməti tərəfindən şəhərdə həyata keçirilən layihə çərçivəsində aparılır.