top
Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA
Bu gün, 13:03
- ↺ +

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə sakini Nəriman Fəttahov Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli  xəstəxananın Urologiya şöbəsində qanunsuz pul tələbi, tibbi xidmətin gecikdirilməsi və həkim davranışı ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayıb.

Vətəndaşın iddiasına görə, şöbənin həkimi Anar Məmmədov pulsuz icra olunmalı əməliyyata görə ondan 500 manat tələb edib.

Fəttahov bildirib ki, maddi imkanının olmadığını və pul ödəyə bilməyəcəyini dedikdən sonra əməliyyatı gecikdirilib və o, bir neçə gün kəskin ağrılarla üzləşib.

Şikayətçinin sözlərinə görə, tibbi sənədlərini götürərək başqa xəstəxanaya müraciət etmək istədiyini bildirdikdə həkim ona qarşı təhqiramiz ifadələr işlədib.

O, həmçinin pul tələbi və həkimin davranışı ilə bağlı səs yazılarının olduğunu bildirir.

Nəriman Fəttahovun digər iddiası isə tibbi sənədləşmə ilə bağlıdır. O bildirib ki, 31 oktyabr – 2 noyabr tarixlərində Urologiya şöbəsinin 201-ci palatasında stasionar yatış qeydiyyatı aparılsa da, həmin müddətdə xəstəxanada qalmayıb.

Şikayətçinin bildirdiyinə görə, noyabrın 20-də TƏBİB-in hüquqşünası ilə Gəncə şəhəri üzrə TƏBİB rəhbəri Səbuhi Həsənovun qəbulunda olub.

Görüş zamanı səsləndirdiyi iddialara münasibət bildirən Fəttahov rəhbərin ona "Mən çalışıb həkimimi müdafiə edəcəyəm" dediyini iddia edir.

Şikayətçinin verdiyi məlumata əsasən, məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-ə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Bu gün, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Bu gün, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Oxşar xəbərlər