Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xə*sa*rət alıb.
Gencexeber.az-ın məlumatına görə, qəza şəhərin "Avtozavod" adlanan qəsəbəsində, Samir Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, Rasim Qəmbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil dönmə əməliyyatı edərkən "Hyundai Sonata" markalı maşın arxadan ona çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan VAZ daha sonra "Opel" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 1960-cı il təvəllüdlü VAZ sürücüsü xə*sa*rət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə saat öncə Köhnə Yevlax avtovağzalının yaxınlığında "Bakubus"a məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus "Ford" markalı avtomobillə toqquşub.