Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda nikaha daxil olanlardan 307-si 65 yaşdan yuxarı şəxslər olub.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Onlardan 233-ü kişi, 74-ü isə qadındır.
Xatırladaq ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı eynidir. Qadınların pensiya yaşı mərhələli artımla cari il iyulun 1-dən 65-ə çatdırılıb.
Mənbə: оxu.аz