Bakı-Tbilisi qatarında ictimai asayişi pozan şəxs məsuliyyətə cəlb olunub.
50 yaşlı Rüstəm İmanov Bakı-Tbilisi qatarında səfərdə olarkən icazə verilməyən yerdə siqaret çəkib. Bu zaman qatarda təhlükəsizliyə nəzarət edən polis əməkdaşları ona irad bildirərək, nizam-intizama dəvət ediblər.
Lakin Rüstəm sərxoş halda nalayiq ifadələr səsləndirərək, qanuni tələbə məhəl qoymayıb.
Buna görə də o, saxlanılaraq Ağstafa Xətt Polis Şöbəsinə aparılıb.
Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Rüstəm İmanov ifadəsində təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu deyib. O, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Rüstəm İmanov 6 gün müddətinə inzibati qaydada həbs olunub.
Mənbə: lent.аz