Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin müxtəlif ərazilərində geniş təmizlik işləri görülüb.
Gencexeber.az quruma istinadən məlumat verir ki, Sadıllı qəsəbəsindən keçən su kanalında daşma təhlükəsinin qarşısını almaq məqsədi ilə arxa sakinlər tərəfindən atılan məişət və digər müxtəlif tullantılar yığılaraq daşınması təmin edilib.
Həmçinin Məmmədtağı Cəfərov, Sədi, Axundov, Zərrabi, Məmməd Bürcəliyev və onunla kəsişən küçələrdə, Nəriman Nərimanov prospekti ilə kəsişən küçə və döngələrdə genişmiqyaslı təmizlik işləri görülüb.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən birliyin texnikası vasitəsilə sözügedən ərazilər toz-torpaq, alaq otları, məişət və digər müxtəlif tullantılardan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.