Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin "Biznesin idarə edilməsi" ixtisası üzrə tələbəsi Növrəstə Cabbarova beynəlxalq yarışda uğur qazanıb.
Gencexeber.az bildirir ki, Bakıda Dünya Güləş Birliyinin (UWW) təşkilatçılığı ilə keçirilən qrepplinq üzrə dünya çempionatında tələbəmiz U17 yaş kateqoriyasında, 43 kq çəki dərəcəsində mübarizə apararaq bürünc medal əldə edib.
Növrəstə Cabbarova "Wolf Fights Club" döyüş klubunun direktoru və baş məşqçisi Əjdər Əliyevin yetirməsidir. O, Azərbaycanın çempionatda medal qazanan yeganə qadın idmançısı olub.