Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində "BakuBus"a məxsus 6 nömrəli marşrut üzrə sərnişin daşıyan avtobus yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdü Sevda İmanovanı vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.