Ömürlük həbs cəzasına məhkum edilmiş, "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazov vəfat edib.
Mübariz Niyazov səhhətində yaranan ciddi problemlərlə əlaqədar dünən xəstəxanaya yerləşdirilib. Bu gün isə müalicə aldığı klinikada dünyasını dəyişib.
Məhbus həbsdə olduğu müddətdə xərçəng xəstəliyindən əziyyət çəkib, bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib. Son dövrlərdə onun səhhəti ciddi ağırlaşmışdır.
Qeyd edək ki, kriminal avtoritet Mübariz Niyazov 1996-cı ildə Bakıda və digər bölgələrdə törədilmiş çoxsaylı qətllərə görə ölüm hökmünə məhkum edilib. Sonradan bu cəza ömürlük həbs cəzası ilə əvəz olunub.
O, təxminən 27 il həbs həyatı yaşayıb. Yaxınları onun azadlığa buraxılması, xüsusilə əfv sərəncamı ilə azadlığa qovuşması üçün uzun illər müxtəlif instansiyalara müraciət etsələr də, cəhdləri nəticəsiz qalıb.
Mənbə: gununsesi.infо