Gəncədə yaşayış binalarının birinin qarşısındakı ağac təhlükə saçır.
Gencexeber.az məlumat verir ki, şəhərin Şahlar Hüseynov küçəsi, bina 13-ün qarşısındakı irigövdəli ağac aşmaq üzrədir.
Hadisə baş verəcəyi təqdirdə, ağac həm qaz borusunun, həm də elektrik naqillərinin üzərinə aşacaq.
Sakinlər aidiyyəti qurumdan sözügedən ağacın kəsilməsini xahiş edir.
Qeyd edək ki, şəhərin İsmət Qayıbov küçəsində irigövdəli çinar ağacının budağı bir evə, mağazanın damına və iki avtomobilin üzərinə düşüb.
MKTİB tərəfindən aşan budağın doğranaraq ərazidən daşınması təmin edilib.
Hazırda Gəncə şəhərində güclü külək səngiyib, yağıntılı hava şəraiti davam edir.