Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8–18 yaşlı şahmatçılar arasında Avropa çempionatı keçirilib.
Gencexeber.az məlumat verir ki, qitə birinciliyində Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selin Məmmədova uğurlu çıxış edib.
O, 8 yaşadək qızlar arasında 9 oyundan 7 xal toplayaraq bürünc medala layiq görülüb.