"Bu gün saat 11 radələrində Tovuz stansiyasının yaxınlığında hərəkətdə olan elektrovozun qarşısına qəflətən bir nəfər kişi çıxıb".
Gencexeber.az-a bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs həyatını itirib:
"ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".
***
11:55
Tovuzda dəmiryolu stansiyasında faciəvi hadisə baş verib.
Gencexeber.az məlumat verir ki, 1998-ci təvəllüdlü Sərxan Pənahovu qatar vurub.
28 yaşlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.