Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. "Chevrolet" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.