Gəncədə təmizlik işləri həyata keçirilib.
Gencexeber.az-a Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən bildirilib ki, qurumun canlı qüvvəsi və texnikası vasitəsilə Nizami Gəncəvi prospektində, Müseyib Bağırov küçəsində və Gəncə Avtomobil Zavodunun ətrafında təmizlik işləri görülüb.
Ərazilərdə məişət tullantıları, xəzəl və toz-torpaq yığılaraq daşınıb, tullantı konteynerləri boşaldılıb, ətrafları səliqəyə salınıb.
Qeyd edək ki, analoji təmizlik işləri həftə ərzində mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində davam etdirilir.