Gəncədə bıçaqlanan şəxsin atası tutulub.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, 1990-cı il təvəllüdlü Röyal Həsənovun atasının evində baş verib.
Hadisə zamanı sinə nahiyəsindən bıçaq xəsarəti alan Röyal Həsənov əməliyyata hazırlıq ərəfəsində qan itirməsi nəticəsində həyatını itirib.
Məlumata görə, mərhum hərbi qulluqçu olub.
Hadisəni törətməkdə onun atası, 1963-cü il təvəllüdlü Osman Həsənov şübhəli bilinir. Hadisə zamanı davanı aralamaq istəyən mərhumun əmisi, 1984-cü il təvəllüdlü Afiq Həsənov əlindən xəsarət alıb.
Hadisə yerinə cəlb edilən polis əməkdaşları tərəfindən Osman Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.