Gəncə şəhərində əhalinin gəlirləri 2025-ci ildə 2 milyard 422,4 milyon manat təşkil edib.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına əsasən, 2024-cü ildə Gəncə şəhərində əhalinin gəlirləri 2 milyard 277,8 milyon manat olub. Beləliklə, bir il ərzində gəlirlər 144,6 milyon manat və ya təxminən 6,4 faiz artıb.
Statistik göstəricilərə görə, 2020-ci ildə Gəncədə əhalinin gəlirləri 1 milyard 572,8 milyon manat təşkil edib. 2020–2025-ci illər ərzində bu göstərici 849,6 milyon manat, yaxud təxminən 54 faiz yüksəlib.
Qeyd edək ki, təqdim olunan rəqəmlər əhalinin ümumi gəlirlərini əks etdirir. Bu göstəricilər hər bir sakinin fərdi gəlirinin eyni nisbətdə artdığı anlamına gəlmir.