Gəncə şəhərində məşğul əhalinin sayı 2015-ci illə müqayisədə azalıb.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına əsasən, 2015-ci ildə Gəncədə 165 min nəfər məşğul əhali olub. 2025-ci ildə isə bu göstərici 147,8 min nəfərə düşüb.
Beləliklə, 10 il ərzində Gəncədə məşğul əhalinin sayı 17,2 min nəfər və ya təxminən 10,4 faiz azalıb.
Qeyd edək ki, 2020-ci ildə göstərici 139,5 min, 2023-cü ildə 144,6 min, 2024-cü ildə isə 146,4 min nəfər olub. Yəni son illərdə artım müşahidə edilsə də, 2025-ci ilin göstəricisi hələ də 2015-ci ildəkindən xeyli aşağıdır.
Qeyd edək ki, "Məşğul əhali" dedikdə muzdla işləyənlər, sahibkarlar, fərdi və ailə təsərrüfatında çalışanlar da daxil olmaqla gəlir gətirən şəxslər nəzərdə tutulur. Bu anlayış "əmək qabiliyyətli əhali" ilə eyni deyil, çünki əmək qabiliyyətli şəxsin işi olmaya bilər.