Bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Gencexeber.az məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:
– Gəncə Ağır Cinayətlər Məhkəməsinə – Cəmil İsmayıl oğlu Bəşirov;
– Gəncə Kommersiya Məhkəməsinə – Ramiq Ramis oğlu Qələndərzadə;
– Gəncə Şəhər Məhkəməsinə – Leyla Kamil qızı Əliyeva, Liza Əliəşrəf qızı Xanməmmədova və Səbuhi Mehdi oğlu Abbasov.