Enişlər və yüksəlişlər idmançının həyatının bir hissəsidir.
Bunu açıqlamasında gəncəli şahmatçı Ülviyyə Fətəliyeva karyerasında yaşadığı qeyri-sabit dövrü şərh edərkən deyib.
O, ilin onun üçün uğurlu başladığını, lakin daha sonra çıxışlarında eniş yaşandığını bildirib:
"İlin əvvəlinə nəzər salsaq, ilk dəfə Azərbaycan çempionu oldum, daha sonra beynəlxalq qadınlar turnirinin qalibi adını qazandım. Hər şey yaxşı başlamışdı. Təəssüf ki, bundan sonra bəzi turnirlərdə sabitliyi qoruya bilmədim. Əlbəttə, bu, yolun bir hissəsidir. Daim qalib gəlmək mümkün deyil. Bu, prosesin mütləq bir hissəsi olmalıdır".
Mənbə: idman.biz