top
Gəncədə BakuBusın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA
08 oktyabr 2026, 14:15
- ↺ +

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə "BakuBus" MMC-nin fəaliyyətindən narazılıqlar artmaqda davam edir.

Gencexeber.az-a son günlər daxil olan onlarla şikayətə görə, şəhərin müxtəlif ərazilərində avtobuslar arasında interval 40 dəqiqəyədək uzanır.

Məlum olduğu kimi, ötən ilin sentyabr ayından etibarən Gəncədə fəaliyyətə başlayan "BakuBus" MMC-yə 18 şəhərdaxili marşrutla yanaşı, Gəncə ilə Göygöl arasında sərnişindaşımanı həyata keçirən iki marşrut da həvalə edilib.

Sərnişinlərin iddiasına görə, Gəncə avtoparkına 250-dən çox nəqliyyat vasitəsinin cəlb edilməsinə baxmayaraq, əksər marşrutlarda avtobuslar faktiki olaraq 30-35 dəqiqəlik intervalla hərəkət edir. Yollarda sıxlıq yarandıqda isə avtobusların dayanacaqlara çatma müddətinin 40 dəqiqəni keçdiyi bildirilir.

3 nömrəli marşrut xəttində isə iri tutumlu avtobuslar daha kiçik olan ikiqapılı nəqliyyat vasitələri ilə əvəz edilib. Vətəndaşların sözlərinə görə, bu hal xüsusilə günün pik saatlarında sıxlığın artmasına səbəb olur.

Məsələ ilə bağlı bir neçə sürücüdən daxil olan şikayətə görə, narazılıq yalnız sərnişinlərlə məhdudlaşmır. Bir çox sürücülər avtobusların hərəkət qrafiki və iş rejimindən şikayət edirlər.

Onların sözlərinə görə, bəzi marşrutlarda avtobuslar arasında intervalın uzun olması onların iş yükünü artırır. Onlar əmək müqaviləsinə əsasən həftəlik 40 saat işləməli olduqları halda, hazırda gündəlik 10-12 saat işləməyə məcbur edildiklərini və bunun müqabilində ödəniş edilmədiyini bildirirlər.

Şirkətin əməkdaşları son dövrlərdə yorğunluq səbəbindən qəzaların artığını, eləcə də sürücülərin səhhətinin pisləşməsi hallarını artdığını deyirlər.

İddialara görə, uzun müddət bu rejimdə çalışan 10-a yaxın sürücü işdən ayrılmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən "BakuBus" MMC-yə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Bütün xəbərlər
21 noyabr 2026, 18:22

İmamzadə ziyarətgahının qarşısı zülmət qaranlıqdır

Bütün xəbərlər
21 noyabr 2026, 18:10

Gəncənin bu ərazisində bir sutkaya yaxındır işıq yoxdur

Bütün xəbərlər
21 noyabr 2026, 17:27

Gəncənin 43 bağçasında 4 mindən çox uşağa qayğı göstərilir

Bütün xəbərlər
21 noyabr 2026, 16:58

Gəncədə sabah güclü külək əsəscək

Bütün xəbərlər
21 noyabr 2026, 16:28

Gəncə avtomobil zavodu texnikalarını nümayiş etdirib

Bütün xəbərlər
21 noyabr 2026, 15:08

Gəncəlilərin 4,3 faizi sabah stadionda olacaq – avtobuslar ayrıldı

Oxşar xəbərlər